12.06.2024
12 iyun 2024- cü il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "İnsan Hüquqları aylığı" çərçivəsində "İnsan Hüquqları - İnsan Haqları" adlı tədbir keçirildi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.